Türkiyədə 8.5 milyon yaşı olan kərgədan başının qalıqları tapılıb

Türkiyədə 8.5 milyon yaşı olan kərgədan başının qalıqları tapılıb

Türkiyənin Çankırı şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində 8.5 milyon yaşı olduğu ehtimal edilən kərgədan başının qalıqları aşkarlanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ekspedisiyaya Ankara Universitetinin professoru, antropoloq Ayla Sevimli Erol rəhbərlik edir. O deyib: “Hazırda aşkarladığımız kərgədan kəlləsini torpaqdan çıxarmağa çalışırıq. Bu günədək kərgədanların üç müxtəlif növünə rast gəlmişik. Ümumilikdə bölgədə kərgədanlara aid 500-dək kəllə sümüyü aşkarlamışıq. Çankırıda kərgədanların kəllə sümüklərinin çoxluq təşkil etməsi bu bölgənin bol sulu ərazi olmasını təsdiqləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə