Avstraliyanın cənub sahillərində Yeni Cənubi Uels ştatında yanğınsöndürən vertolyot qəzaya uğrayıb. SİA-nın məlumatına görə, xəbəri ştatın təcili yardım xidməti təsdiqləyib.
Bildirilir ki, vertolyot Şoalxeyvena rayonunda baş vermiş yanğınların söndürülməsində iştirak edirmiş.
İlkin məlumata görə, vertoyotda 1 nəfər olub. Onun taleyi hələ məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə