İsrail Azərbaycana minnətdarlığını bildirib

İsrail Azərbaycana minnətdarlığını bildirib

İsrailin baş naziri Benyamin Netanyahu Hayfa dağında baş verən yanğın nəticəsində yanğınların təcili söndürülməsi üçün göstərdiyi yardıma görə Azərbaycana minnətdarlığını bildirib. SİA-nın "Cursorinfo"ya istinadən verdiyi xəbərə görə, eyni zamanda Benyamin Netanyahu Misir, İordaniya, Rusiya, Kipr, Xorvatiya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Almaniya və s. ölkələrin ali rəhbərliyinə təşəkkürünü bildirib.

 

B. Netanyahu iki ölkə arasında olan gərgin siyasi vəziyyətə baxmayaraq Türkiyənin baş naziri Ərdoğana və Rusiyanın hökumət başçısı Putinə Beyt-Oren yaşayış məskənində baş verən irimiqyaslı yanğının söndürülməsi üçün vaxtında edilmiş yardıma görə şəxsi minnətdarlığını bildirib.

 

Qeyd edək ki, İsrailə ilk yardımı Bolqarıstan dövləti edib. Belə ki, bolqar höküməti yanğının söndürülməsinə 100 yanğınsöndürən göndərib. İsrailin baş naziri yanğın nəticəsində məhv olmuş bütün evlər dövlət hesabına bərpa olunacağını söz verib.

 

Xatırladaq ki, yanğın nəticəsində ölənlərin sayı artıq 41, itkin düşənlərin sayı isə 2 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə