İsrail yanğınla tək bacarmır

Dünya ölkələri İsrailin şimalındakı Hayfa şəhərində meşə yanğınının söndürülməsinə yardım edəcək. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Türkiyə yanğının söndürülməsinə kömək etmək üçün 2 təyyarə göndərib. İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti Türkiyənin yardım təklifindən məmnun olduqlarını bildirib.

 

Türkiyənin "Kanal 2" telekanalı Türkiyə ilə yanaşı Rusiya, Yunanıstan, İspaniya, Azərbaycan, Fransa, Cənub Kipr və Misirin də yardım üçün hərəkətə keçdiyini xəbər verib. Ən azı 10 yanğınsöndürmə təyyarəsi və vertolyotunun bu gün İsraildə olması gözlənilir.

 

Qeyd edək ki, İsrailin şimalında dünən başlanan yanğın nəticəsində ən azı 40 adam ölüb, 50-i isə yaralanıb. Ərazidən köçürülənlərin sayı isə 12 minə çatıb. Yanğın nəticəsində 650 hektar meşənin məhv olduğu bildirilir. Bir kənd tamamilə yox olub. Yanğın İsrail tarixində ən böyük yanğın kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə