Təyyarə qəzası nəticəsində səkkiz nəfər həlak olub

İndoneziyanın şərqində kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub. SİA İndoneziya Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bir gün əvvəl təyyarənin Papua əyaləti üzərində radarlardan itməsi barədə məlumat yayılıb. Təyyarənin göyərtəsində iki heyət üzvü və yeddi sərnişin, o cümlədən bir uşaq olub. PAC750 modelinə məxsus kiçik təyyarə bazar günü səhər saatlarında Papua əyalətinin Oksibil dairəsində aşkar edilib. İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi Bambanq Ervan bildirib ki, təyyarə avqustun 12-də səhər aşkar edilib, göyərtədəkilərdən səkkizi həlak olub, biri isə sağdır. Hazırda dairənin axtarış-xilasetmə idarəsi həlak olanların cəsədlərinin təxliyəsini həyata keçirir. Təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə