İndoneziyada ölənlərin sayı artıb

İndoneziyada ölənlərin sayı artıb

İndoneziyada baş vermiş 7 ballıq zəlzələdə ölənlərin sayı artıb. SİA “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, hazırda ölənlərin sayı 387-yə çatıb.

Ölkənin təbii fəlakətlərinin nəticələrinin aradan qaldırılması üçün Milli Şurası ölənlərin sayının daha da artacağını bildirib.

Bunun səbəbinin isə dağıntılar altında hələ də cəsədlərin olması ilə əlaqədar olduğu qeyd edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə