PKK-ya silah göndərən ölkə hansıdır?

"WikiLeaks" sənədləri Ankara ilə Moskvanın arasını vura biləcək yazışmaları ortaya çıxarıb. SİA-nın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, İspaniyadakı ABŞ səfirliyindən Vaşinqtona göndərilən teleqraflarda Kreml və rus kəşfiyyatının PKK-ya rus mafiyası vasitəsilə gizlicə silah göndərdiyi əskini tapıb.

 

"WikiLeaks" sənədlərinə görə, Rusiya hökuməti və kəşfiyyatı silah qaçaqmalçılığı kimi çirkli işlərdə ölkənin mütəşəkkil cinayət qruplarından istifadə edib. Məsələ ilk dəfə rus mafiyasının Avropadakı fəaliyyətini araşdıran ispaniyalı Joze Pepe Qonsales tərəfindən gündəmə gətirilib. O, 13 Yanvar 2010-cu il tarixində ABŞ-ın İspaniya səfirliyində rus mafiyası ilə Kreml və rus kəşfiyyatı arasındakı əlaqələrlə bağlı mətbuat konfransı keçirib.

 

ABŞ-ın İspaniya səfirliyindən ABŞ xarici işlər nazirliyinə göndərilən teleqraflara görə, Rusiyanın "əsl bir mafiya dövləti" vəziyyətinə gəldiyini iddia edən Qonsales rus cinayət qruplarının Kremlin və rus kəşfiyyatının mühafizəsi altında olduğunu söyləyib. PKK-ya silah satdığı üçün hələ də İspaniyada həbsdə olan rus mafiya lideri Zahari Kalaşovdan da rus kəşfiyyatının istifadə etdiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə