İran Prezident Administrasiyasının rəhbəri və Ruhaninin xüsusi nümayəndəsi Mahmud Vaizi ikinci dəfə Türkiyəyə səfər edib. Axar.az xəbər verir ki, onun Prezident Həsən Ruhaninin mesajını çatdırmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə gəldiyi bildirilib.
Vaizi Ərdoğandan öncə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb və ikitərəfli əlaqələr gündəmə gətirilib.
Qeyd edək ki, Türkiyə, Hindistan və Çin ABŞ-ın İrana qarşı neft embarqosunu tanımayan ölkələr arasındadır. Bu üç ölkə ABŞ-ın birtərəfli sanksiya qərarını beynəlxalq məsələlərdə qeyri-qanuni bir tədbir kimi xarakterizə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB