Yunanıstana yollanan miqrantlar Egey dənizində həlak olub

Yunanıstana yollanan miqrantlar Egey dənizində həlak olub

Türkiyədən Yunanıstana üz tutan miqrantların olduğu qayıq Kuş adası rayonunda batıb. SİA xəbər verir ki, sərnişinlərdən 9-u həlak olub, 4-ü isə Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edilib. Ölənlərin arasında uşaqlar və qadınlar da var.

Qeyd edək ki, miqrantlar Avropa sahillərinə çatmaq məqsədilə Türkiyədən tranzit ölkə kimi istifadə edirlər. Adətən onlar Türkiyənin Egey dənizi hissəsindən Yunanıstana üz tuturlar. Bəzi hallarda isə Qara dəniz vasitəsilə Bolqarıstan və Rumıniyaya çatmaq istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə