Quterreş KXDR-ə qarşı sanksiyaların tərəfdarıdır

Quterreş KXDR-ə qarşı sanksiyaların tərəfdarıdır

BMT-nin baş katibi Antonio Quterreş və Yaponiyanın xarici işlər naziri Taro Kono BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaları nəzərdə tutan qətnaməsinin yerinə yetirilməsinin davam etməsinin vacibliyi barədə razılığa gəliblər. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Yaponiyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.

Quterreş və Kono 1945-ci ildə baş verən atom bombardmanı qurbanlarının Naqasaki şəhərində keçirilən xatirə mərasimində görüşüb.

Qeyd edək ki, BMT-nin Baş katibi bir qədər əvvəl NHK telekanalına müsahibəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi üçün vacib olacağı təqdirdə KXDR-ə səfər etməyə hazır olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə