Yaponiyaya yaxınlaşan “Şanşan” tufanına görə ən azı 156 aviareys təxirə salınıb. SİA-nın verdiyi məlumata görə, Yaponiyada sayca “13 nömrəli” adlandırılan “Şanşan” tufanı hazırda paytaxt Tokioya yaxınlaşır.
Artıq paytaxt yaxınlığında yerləşən Çiba prefekturasında 100 mindən çox sakin təxliyə barədə xəbərdarlıq alıb. Onlara təxliyə məqsədilə hazırlanmış xüsusi mərkəzlərə getmək tövsiyə olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB