İngilis nazir: "Rusiya bütün ölkələrə təhlükə yaradır"

İngilis nazir: "Rusiya bütün ölkələrə təhlükə yaradır"

Rusiya bütün ölkələrə təhlükə yaradır. Oxu.Az xəbər verir ki, belə bəyanatla Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson çıxış edib. Onun sözlərinə görə, 3 il əvvəl Londonda Rusiyanı “yaranan təhlükə” kimi dəyərləndirirdilər, lakin hadisələrin hansı məcrada inkişaf edəcəyini bilmirdilər.

“Dünyanın 2015-ci ildən əldə etdiyi təcrübəsi göstərir ki, söhbət yalnız Böyük Britaniya və ya Avropanın digər ölkələrinə deyil, bütün dövlətlərə yönələn təhlükədən gedir”, - Uilyamson deyib. O qeyd edib ki, Moskva məqsədinə çatmaq üçün məxfi əməliyyatlar və siyasi diversiyalardan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə