Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb

Peruda kütləvi zəhərlənmədən 9 nəfər ölüb

Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində keçirilən yas mərasimi zamanı kütləvi zəhərlənmə olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə