"Gərginliyə baxmayaraq, ABŞ Türkiyənin müttəfiqi olaraq qalır"

"Gərginliyə baxmayaraq, ABŞ Türkiyənin müttəfiqi olaraq qalır"

"Mövcud gərginliyə baxmayaraq ABŞ Türkiyənin sağlam dostu və müttəfiqi olaraq qalmaqdadır." Bu barədə məlumatı öz Tvitter səhifəsində ABŞ-ın Ankaradakı səfirliyi yayıb.

“Ölkələrimiz canlı bir iqtisadi əlaqəyə sahibdir. Guya ABŞ rəsmilərindən birinin dolların 7 lirə olacağı haqqında söylədiyi fikirlər əsassızdır və xəbərlərin Türkiyə mediasında yer alması narahatvericidir. Bu, uydurulmuş və əsassız yalandır” – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bundan öncə Türkiyənin Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Saleh Yılmaz ABŞ səfirliyinin nümayəndələrindən birinin ona dolların 7 lirəyə qədər bahalaşacağı haqqında məlumat verdiyi barədə informasiya paylaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə