Qazaxıstanda müdafiə naziri dəyişib

Qazaxıstanda müdafiə naziri dəyişib

Qazaxıstanda Nurlan Yermekbayev müdafiə naziri təyin olunub. SİA-nın verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Nursultan Nazarbayev fərman imzalayıb. N.Yermekbayev bu vəzifədə Saken Jusuzakovu əvəz edib.

Qeyd edək ki, Nurlan Yermekbayev bu ilin aprelində Qazaxıstan prezidentinin köməkçisi – Təhlükəsizlik Şurasının katibi təyin olunmuşdu.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə