İsveçrədə təyyarə qəzası baş verib

İsveçrədə təyyarə qəzası baş verib

İsveçrədə, Alp dağlarında təyyarə qəzası baş verib. SİA xaici KİV-ə istinadən xəbər verir ki, "JU-AIR" aviaşirkətinə məxsus "Ju-52" model təyyarənin göyərtəsində 17-si sərnişin, 3-ü pilot olmaqla 20 nəfər olub.

Qəzaya düşən təyyarənin qalıqları 2540 m yüksəklikdə tapılıb. Bölgədə xilasetmə-axtarış işlərinə 5 helikopter cəlb edilib.

Hadisə nəticəsində ölənlərin olub-olmadığı haqda məlumat verilmir. İsveçrə Aviasiya Departamenti bölgəyə uçuşu dayandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə