Prezidentə sui-qəsdin təşkilatçılarının bir hissəsi tutulub FOTOLAR

Prezidentə sui-qəsdin təşkilatçılarının bir hissəsi tutulub FOTOLAR

Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsdin təşkilatçılarının bir hissəsi artıq saxlanılıb. Bu barədə xalqa televiziyadan ünvanladığı müraciətində dövlət başçısının özü bildirib. Türkiyənin NTV telekanalı xəbər verir ki, Maduro hücumun “qatı sağçı” qruplaşmalar tərəfindən həyata keçirildiyini və həmin qruplaşmaların Kolumbiya və ABŞ-la əlaqəli olduğunu deyib.

Kolumbiya Prezidenti Xuan Manuel Santos isə açıqlamasında ittihamların əsassız olduğunu bildirib.

Son məlumata görə, Maduroya sui-qəsd cəhdinə görə məsuliyyəti “Flanel əsgərlər” gizli qrupu öz üzərinə götürüb.

Xatırladaq ki, Karakasda Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident Nikolas Maduroya pilotsuz uçan aparatla sui-qəsdə cəhd edilib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub. Hadisə nəticəsində Prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimə qatılan 7 əsgər yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə