Misir ordusu ilə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Liviya sərhədi və Sinay yarımadasında keçirdiyi birgə əməliyyat nəticəsində 52 terrorçu məhv edilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Misir ordusundan məlumat verilib.
"Ölkənin Hərbi Hava Qüvvələri sərhədi keçməyə hazırlaşan silah-sursatla dolu olan 15 maşından ibarət karvana hücum edib. 39 təhlükəli terrorçu məhv edilib", - məlumatda qeyd olunub.
Eyni amanda Sinay yarımadasında keçirilən əməliyyat nəticəsində 13 terrorçu zərərsizləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB