Hindistanda partlayış olub ölənlər var

Hindistanda partlayış olub ölənlər var

Hindistanın Andhra-Pradeş ştatında qranit karxanalarının birində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 12 işçi həlak olub.

Yaralıların da olduğu deyilir. İlkin ehtimallara görə, karxanada istifadə edilməli olan dinamitlər işçilər orada olarkən partladılıb.

Bundan başqa, hadisə yerində dizel mühərrikli avtomobil aşkar edilib. Bu avtomobil də partlayış səbəbi kimi nəzərdən keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə