Vladimir Putin: “Əgər sərhədlərimiz boyunca müdafiə sistemləri qurulsa, təhlükəsizliyimizi təmin etmək üçün bütün vasitələrə əl atacağıq” - MÖVQE

Vladimir Putin: “Əgər sərhədlərimiz boyunca müdafiə sistemləri qurulsa, təhlükəsizliyimizi təmin etmək üçün bütün vasitələrə əl atacağıq” - MÖVQE

CNN telekanalının qonağı olan Rusiyanın baş naziri Vladimir Putin ABŞ tərəfindən nüvə silahlarının azaldılması haqda razılaşmanın (START) təsdiqlənməyəcəyi halda Rusiyanın nüvə müdafiə potensialını artırmağa istiqamətlənən işlərə başlayacağını deyib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, "bu bizim seçimimiz deyil və bu bizim tərəfimdən bir hədə də deyil" deyən baş nazir bildirib ki, razılaşmanın təsdiq edilməməsi halında bu gözlənilməlidir. O, qeyd edib kii, bu halda Rusiya nüvə gücünü artırmalı olacaq.

 

Qərbin qurmaq istədiyi havadan müdafiə sistemlərinə toxunan Putin söyləyib ki, əgər Rusiyanın təkliflərinə mənfi cavab verilsə və sərhədləri boyunca müdafiə sistemləri qurulsa, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atmaq məcburiyyətində qalacaq. O, nüvə raketləri və hücum silahlarının də buraya daxil olacağını deyib.

 

Qeyd edək ki, Rusiya dövlət başçısı Dmitri Medvedev də dünən xalqa etdiyi illik müraciətində raketdən müdafiə sistemi ilə bağlı sərt danışıb. Qərb ölkələri ilə məhsuldar bir razılaşmanı təmin etmək məcburiyyətində olduqlarını ifadə edən Medvedev, əks halda Moskvanın yeni strateji silahları inkişaf etdirmək yolunu tutacağı və yeni bir silahlanma yarışına başlaya biləcəyi xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə