Həmid Kərzayi: “Əfqanıstanın müharibədən stabilliyə keçid dövrü 2014-ci ildə bitəcək”

Həmid Kərzayi: “Əfqanıstanın müharibədən stabilliyə keçid dövrü 2014-ci ildə bitəcək”

Əfqanıstanın müharibədən stabilliyə keçid dövrü 2014-ci ildə bitəcək. SİA-nın "Tengrinews.kz"-ə istinadən verdiyi xəbərə görə, bunu Astanada keçirilən ATƏT-in sammiti zamanı öz çıxışında Əfqanıstanın prezidenti Həmid Kərzayi bildirib. Onun sözlərinə görə, yaxın dörd il ərzində rəsmi Kabil dövlətin təhlükəsizliyini özü təmin edəcək: "Ölkənin müharibədən stabilliyə keçid dövrü 2014-ci ildə bitəcək. Lakin bu NATO ilə əlaqələrimizə son veriləcək anlamına gəlmir. Çünki bizim yenə də onlara ehtiyacımız olacaq".

 

Kərzayi qeyd edib ki, beynəlxalq terrorizm tək Əfqanıstan üçün yox bütün dünya üçün əsas təhlükə mənbəyidir: "Əfqanısatan xalqı terrorizmə qarşı mübarizədə əzmlə iştirak edir. Lakin onlar üzərində 30-illik müharibənin ağırlığını hiss edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə