Yaponiyanın mərkəzi adası olan Hönşünün şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib. SİA NHK telekanalına istindal xəbər verir ki, yeraltı təkanlar 2011-ci ildə atom qəzasının baş verdiyi “Fukusima-1” atom elektrik stansiyasında da hiss olunub.
Yaponiya Meterologiya Agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 20 kilometr dərinlikdə yerləşib.
Zəlzələ paytaxt Tokioda hiss olunmayıb, sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilimir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB