Xəbər verdiyimiz kimi, noyabrın 28-də Moldova Respublikasında parlament seçkiləri keçirilib. SİA-nın xəbərinə görə, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, 101 mandat aşağıdakı qaydada bölünüb: Kommunistlər Partiyası 42 mandat (39,3 faiz), Liberal-Demokrat Partiyası 32 mandat (29,4 faiz), Demokratik Partiya 15 mandat (12,7 faiz), Liberal Partiya 12 mandat (10 faiz).
Yeni çağırış Moldova parlamentinin birinci iclası dekabrın 28-də keçiriləcəkdir.
İclası parlamentin yaşca ən böyük deputatı aparacaqdır. Ən yaşlı deputat isə Kommunistlər Partiyasının lideri, Moldovanın sabiq prezidenti, 69 yaşlı Vladimir Voronindir. Deputatlar bu iclasda ölkənin ali qanunverici orqanının sədrini, onun müavinlərini seçməli, parlament qrupları və daimi komissiyalar yaratmalıdır. Sonra xalq elçiləri Moldova Respublikasının Prezidentini seçəcəklər. Prezident deputatların beşdə üç hissəsinin səsini (61 səs) toplamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB