Ərdoğan Tvitter hesabında Afrika səfərindən yazdı

Ərdoğan Tvitter hesabında Afrika səfərindən yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRİKS sammiti ilə bağlı fikirlərini Tvitter hesabında bölüşüb. Axar.az xəbər verir ki, Ərdoğan görüşlər barədə məlumat verərək, Cənubi Afrika ilə Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün bir çox müzakirələr apardığını bildirib.

“Qlobal iqtisadi vəziyyətdən Suriya məsələsinə, Afrikanın inkişafından Asiya ilə iqtisadi və siyasi əlaqələrin genişlənməsinə qədər bir çox məsələləri müzakirə etdiyim bütün liderlərə təşəkkür edirəm. Cənubi Afrikaya səfərim çərçivəsində bölgədə yaşayan müsəlman və türk vətəndaşlarımızla bir araya gəldim. Başda FETÖ olmaqla, müsəlmanların bölgədəki problemlərini və həll yollarını özləri ilə danışdıq. Səfərimizin son günündə Cənubi Afrikada fəaliyyət göstərən əsas investorlar və iş adamları ilə görüşdük və münasibətlərimizin bərabər ortaqlıq təməlində inkişaf etməsi üçün müzakirələr apardıq. Qonaqpərvərliyə görə Cənubi Afrikaya təşəkkür edirəm”, - Ərdoğan qeyd edib.

Türkiyə prezidenti tvitin sonunda mənası “Allah Afrikanı qorusun” olan "Nkosi Sikelel’i Afrika" sözlərini yazıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitində iştirak üçün Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqa səfər edib.

Bütün xəbərlər Facebook səhifəmizdə