Hindistanda avtobus dərəyə aşıb, 33 nəfər ölüb

Hindistanda avtobus dərəyə aşıb, 33 nəfər ölüb

Hindistanın Maharaştra ştatında dağlıq ərazidəki yolda hərəkət edən avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb. AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə iyulun 28-də günortadan sonra Rayqad bölgəsində baş verib. Bildirilir ki, avtobus təxminən 90 metr hündürlükdən dərəyə aşıb.

Qəzadan sağ çıxan bir nəfər tanışına zəng edərək qəza barədə məlumat verib. Hadisə yerinə polis əməkdaşları və tibbi yardım briqadaları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə