Yaponiyada daşqın nəticəsində həlak olanların sayı hər gün artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin mərkəzi, cənub-qərb bölgəsində baş verən daşqın 209 nəfərin ölümünə səbəb olub. Hazırda bir nəfərin vəziyyəti ağır, 20 nəfər isə rəsmi şəkildə itkin elan edilib. 28 nəfər haqqında isə məlumat əldə etmək mümkün olmayıb. Fəlakət yerlərinə 63 min polis, özünü müdafiə və xilasetmə işçiləri, 80 helikopter cəlb edilib.
Qeyd edək ki, bundan öncə 204 nəfərin öldüyü açıqlanmışdı.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB