Maduro: "ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır"

Maduro: "ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır"

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ABŞ Venesuela-Kolumbiya sərhədində təxribat hazırlayır. Trend-in məlumatına görə, Venesuela lideri qeyd edib ki, ABŞ-ın adı çəkilən iki ölkə arasında silahlı münaqişə yaratmaq niyyəti var. O deyib: "Dəfələrlə demişəm, yenə deyirəm. ABŞ Venesuela və Kolumbiya arasında silahlı münaqişə yaratmaq üçün sərhəddə təxribat hazırlayır".

N.Maduro bununla əlaqədar hərbçiləri diqqətli və ayıq-sayıq olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə