Rusiya AB bazarına maneəsiz daxil olmaq istəyir

Rusiya AB bazarına maneəsiz daxil olmaq istəyir

Rusiyanın baş naziri Vladimir Putin Rusiya və Avropa Birliyi (AB) ölkələri arasında sərbəst ticarət bölgəsinin yaradılmasını təklif edib. SİA-nın "İnterfaks" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Almaniyada səfərdə olan V.Putinin təklifini müsbət qarşılayan həmkarı Angela Merkel Rusiya və AB, eləcə də Rusiya və Almaniya arasında iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirib.

 

A.Merkel Rusiya iqtisadiyyatının şaxələnməsinə ehtiyac olduğunu qeyd edib. O, vurğulayıb ki, Rusiya gələcəkdə yalnız enerji ehtiyatlarının satışından asılı olmamalıdır. Merkel iki ölkə arasındakı əməkdaşlığın qarşısında Rusiyanın gömrük sistemi ilə bu ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü kimi bəzi problemlərin olduğunu həmkarının diqqətinə çatdırıb. Rusiyanın avro bölgəsinə daxil edilməsi məsələsinə gəlincə, Almaniyanın baş naziri Rusiyanın hələ bunu istədiyini hesab etmədiyini qeyd edib.

 

Putin isə ölkənin bütün girişlərində AB vətəndaşları üçün rahatlıq təmin etmək istədiklərini, ancaq bunun qarşılıqlı olmasının lazım olduğunu və bunun üçün AB ölkələri ilə danışıqların aparıldığını ifadə edib. ÜTT-yə də Rusiyanın gələn il üzv ola biləcəyini deyən Rusiyanın baş naziri bu məsələdə problemlərin olmadığını söyləyib. O, Rusiyanın gələcəkdə avro bölgəsinə daxil ola biləcəklərini, ancaq bunun üçün əvvəlcə iqtisadi güc tarazlığının təmin edilməsinin lazım olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə