Pakistanın Xayber-Paxtunxva əyalətinin Peşavar şəhərində kamikadzenin iclas salonuna hücumu nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, 62 insanın yaralandığı bildirilir. Onların çoxunun vəziyyəti ağırdır.
Partlayış Avami Milli Partiyasının iclası zamanı baş verib. Həlak olanlar arasında partiyanın lideri Harun Bilur və onun oğlu Daniyal Bilur da var.
Bu qanlı hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB