Türkiyədə son bir həftə ərzində keçirilən anti-terror əməliyyatlarında 40 terrorçu zərərsizləşdirilib. SİA-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, 2-8 iyul tarixləri arasında ölkə ərazisində 1985 əməliyyat keçirilib.
Əməliyyatlar zamanı PKK terror təşkilatına yardim edən 88, İŞİD-lə əlaqədə şübhəli bilinən 51, FETÖ ilə mübarizə çərçivəsində 885, solçu terror təşkilatarı ilə mübarizə çərçivəsində isə 3 nəfər saxlanılıb.
Anti-terror əməliyyatlarında 25-i ölü, 2-si sağ, 13-ü təslim olmaqla 40 terrorçu zərərsizləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB