Əfqanıstanda bir sutkada 120-dən çox terrorçu məhv edilib

Əfqanıstanda bir sutkada 120-dən çox terrorçu məhv edilib

Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son sutka ərzində 120-dən çox terrorçu məhv edilib. Bu barədə Əfqanıstan Müdafiə nazirliyi məlumat verib. “Əfqanıstan ordusunun 3 əyalətdə apardığı əməliyyat nəticəsində son 24 saatda 121 terrorçu, o cümlədən 10 İŞİD üzvü məhv edilib, 70 silahlı yaralanıb, 7-si yaxalanıb”, deyə məlumatda bildirilir.

Məlumata əsasən, hərbçilər terrorçulara məxsus silah anbarları və nəqliyyat vasitələrini məhv ediblər. Əməliyyatlar Əfqanistanın Farah, Qazni və Nanqarxar əyalətlərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə