Türkiyədə 15 PKK-çı məhv edilib

Türkiyədə 15 PKK-çı məhv edilib

Türkiyədə PKK terror qruplaşmasının 15 üzvü zərərsizləşdirilib. Türkiyə mətbuatının yazdığına görə, Mardində 2 terrorçu, Şırnakda 8 terrorçu, Hakkaridə isə 5 terrorçu zərərsizləşdirilib.

Məlumata əsasən, Mardində keçirilən əməliyyat davam edir. Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə