Yaponiyada ölənlərin sayı durmadan artır

Yaponiyada ölənlərin sayı durmadan artır

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii hadisə zamanı həmçinin azı 48 nəfər itkin düşüb. Xilasedicilər ölkənin özünümüdafiə qüvvələrinin dəstəyi ilə sübh tezdən axtarış əməliyyatlarını davam etdiriblər.

Yaponiyanın baş naziri Sindzo Abe hökumətin təcili iclasını keçirib. İclasda ölkədə yaranmış ağır vəziyyət müzakirə edilib: "İndi biz zamanla mübarizə aparırıq, insanların çoxunun təhlükəsizliyinə isə indiyədək zəmanət verilməyib. Bütün qüvvələri insanların xilasına yönəltmək lazımdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə