Kaliforniyada 3200-dən çox insan evakuasiya edilib

Kaliforniyada 3200-dən çox insan evakuasiya edilib

ABŞ-ın Kaliforniya ştatının Qolet şəhəri yaxınlığında güclü yanğın səbəbindən 3 min 200-dən çox insan evakuasiya edilib.

Məlumatda deyilir ki, 25-30 hektar ərazini əhatə edən yanğına səbəb yüksək dərəcəli temperatur və küləyin güclənməsi olub. Yanğın nəticəsində təxminən 20 bina, o cümlədən evlər, təsərrüfat tikililəri dağılıb. Hadisə yerinə 350 yanğınsöndürən maşın və dörd helikopter cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə