Türkiyədə partlayış baş verib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı vilayətində, Doğubyazitlə sərhəddə qeydə alınıb.
Əl qumbarasının partlaması nəticəsində 3 hərbçi yaralanıb. Yaralılar Dr. Doğubayazıt Yaşar Eryılmaz Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatı açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB