Əfqanıstanda ABŞ əsgəri öldürülüb

Əfqanıstanda ABŞ əsgəri öldürülüb

Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO missiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hücum zamanı 1 ABŞ əsgəri həlak olub, daha iki hərbçi yaralanıb.

Yaralılara tibbi yardım göstərilib. Onların vəziyyətinin sabit olduğu bildirilir. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır. ABŞ-ın Müdafiə Nazirliyinin qaydalarına əsasən ölən hərbçinin adı onun həlak olması xəbəri yaxınlarına veriləndən 1 gün əvvəl açıqlana bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə