Yaponiyada güclü yağış 15 nəfərin ölümünə səbəb olub

Yaponiyada güclü yağış 15 nəfərin ölümünə səbəb olub

Yaponiyada yağan güclü yağış nəticəsində baş verən sürüşmə 15 nəfərin ölümünə səbəb olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində itkin düşənlərin sayı 50 nəfərə çatıb. Müdafiə Qüvvələrinin döyüşçülərinin dəstəyi ilə xilasedicilər axtarış əməliyyatlarını davam etdirir.

Yaponiyanın baş naziri Şinzo Abe bütün əlaqədar nazirliklərə və qurumlara xilasetmə səylərini gücləndirmək üçün təlimat verdiyini açıqlayıb. O bildirib ki, xilasetmə qüvvələri zərərçəkən bölgələrdə fəaliyyətlərini aktivləşdirməlidir.

Yaponiyanın qərbindəki 3 milyondan çox insanın təxliyə edilməsi ilə bağlı əmr verilib. Xirosima və Kyoto ərazisində vəziyyət daha daçətinləşib. Burada çaylarda suyun səviyyəsi kritik həddə çatıb. Bu ərazidə böyük müəssisə və zavodların fəaliyyəti dayandırılıb. Yaponiyanın avtomobil istehsalçısı olan Mazda şirkəti də Hirosima və Yamaguchi bölgəsində əməliyyatlarının dayandırılmasını açıqlayıb.

Hazırda Yaponiyanın bir çox regionunda yağıntıların intensivliyi azalıb, bu da xilasetmə tədbirlərinin fəaliyyətini asanlaşdırıb. Lakin hakimiyyət orqanları sürüşmə təhlükəsi ilə bağlı xəbərdarlıq edirlər.

Qeyd edək ki, güclü yağışa Yaponiya dənizində mövcud olan "Prapirun" tayfunu səbəb olub. "Prapirun" tayfunu Sakit Okeanda bu il mövcüd olan sayca yeddincidir. Yaponiyada tropik fırtına nəticəsində bir nəfər ölüb, 20 nəfərə yaxın şəxs isə yaralanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə