Giorgi Kvirikaşvili hakim partiyanı tərk edib

Giorgi Kvirikaşvili hakim partiyanı tərk edib

Gürcüstanın sabiq Baş naziri Giorgi Kvirikaşvili hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sıralarını tərk edib. Partiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş siyasi şura üzvlərinin yeni siyahısında G.Kvirikaşvilinin adı yoxdur. Siyahıda partiyanın mayın 11-də keçirilmiş qurultayında siyasi şuraya seçilmiş 15 nəfərdən 14-nün adı var.

Siyasi şuranın üzvü Tamar Çuqoşvili bildirib ki, partiyanın rəhbər strukturunda yeni Baş nazir Mamuka Baxtadze yer alacaq.

Partiyanın üzvü, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev AZƏRTAC-a bildirib ki, partiyanın şurasından və üzvlüyündən çıxarılmasını G.Kvirikaşvili özü xahiş edib. Onun bundan sonra siyasi fəaliyyətlə məşğul olacağı barədə heç bir məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə