Venesuela ilə Çin arasında 5 milyard dollarlıq kredit müqaviləsi imzalanıb. Kredit Venesuelanın neft istehsalı üzrə investisiyalarının maliyyələşdirilməsi üçün istifadə olunacaq. Xarici KİV-lərin yazdığına görə, Venesuela 5 milyard dollarlıq krediti neftin istehsalını artıracaq layihələrə xərcləyəcək.
Bundan başqa, Çin İnkişaf Bankı Venesuelanın dövlətə məxsus PDVSA (“Petroleos de Venesuela”) şirkətinə neft istehsalını artırmaq üçün həyata keçirəcəyi layihələrdə istifadə etmək üçün 250 milyon dollarlıq birbaşa investisiya vəsaitini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB