AKP: “Türkiyənin birinci məqsədi prezident üsul-idarəsini tətbiq etməkdir"
Yenidən erkən seçki mübahisələrinin başlamasını düzgün hesab etmirik. Axar.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Mahir Ünal Türkiyədə gündəmə gələn erkən bələdiyyə seçkiləri iddiaları barədə danışarkən deyib.
“Türkiyənin birinci məqsədi prezident üsul-idarəsini tətbiq etməkdir. Bizim bəzi dostlarımızın da açıqlamaları sanki erkən seçkilərə dəstək verirmiş kimi təqdim olunur. Bizim gündəmimizdə hər hansı bir seçki məsələsi dayanmır”, - Ünal bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB