Türkiyənin Şırnak bölgəsinin Cudi dağı mahalının Anılmış kəndində hücum hazırlığında olan PKK-çı terrorçulara qarşı hava əməliyyatı aparılıb. Axar.az xəbər verir ki, Türkiyənin hərbi-hava qüvvələri 2 terrorçunu zərərsizləşdirib. Bölgədə əməliyyat davam edir.
Qeyd edək ki, ötən gün də Şırnakın Beytüşəbap mahalında 4 terrorçu öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB