Türkiyənin nüfuzlu qəzetlərindən sayılan “Habertürk”ün bağlanması haqqında qərar qəbul edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Ciner Media” qrupunun idarə heyətinin rəhbəri Kənan Tekdağ qərarla bağlı artıq işçilərini məlumatlandırıb.
O, işçilərə göndərdiyi müraciətdə qəzetin cümə gününə qədər dərc ediləcəyini, daha sonra isə yalnız sayt olaraq fəaliyyət göstərəcəyini açıqlayıb. Qəzetin bağlanmasına səbəb olaraq maliyyə problemləri göstərilir. “Habertürk” qəzeti 2008-ci ildən fəaliyyət göstərir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB