ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, terror iyulun 4-də - ABŞ-ın Müstəqillik Günündə həyata keçiriləcəkmiş.
Planlaşdırılan terror hadisəsi ilə əlaqədar bir nəfər həbs edilib. O, xaricdə terror təşkilatına dəstək verməkdə ittiham olunur.
Əməliyyatın digər detalları Klivlenddə yerləşən FTB-nin qərargahında keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB