Gürcüstanda turistlərin olduğu avtobus qəzaya uğrayıb

Gürcüstanda turistlərin olduğu avtobus qəzaya uğrayıb
Gürcüstanda turistləri Kaxeti bölgəsinə daşıyan avtobus Qambori aşırımında qəzaya uğrayıb. SİA-nın yerli bürosunun məlumatına görə, avtobusun yoldan aşması nəticəsində avtobusda olan 6 rusiyalı turist müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Telavi şəhər xəstəxanasına çatdırılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə