Çinin Xunan əyalətində sərnişin avtobusunun yarımqoşqulu avtomobillə toqquşması nəticəsində təxminən 18 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Bu barədə Sina informasiya portalı məlumat yayıb.
SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə avtomobil yolunun Pekin-Honqkonq hissəsində baş verib. Polisin məlumatında avtobusun qəfildən yoldan çıxması, qarşı tərəfin yoluna keçməsi və qəzaya səbəb olması bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Avtomobil magistralında hərəkət bərpa edilib. Hüquq mühafizə orqanları qəzanın səbəbin araşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB