Trampdan Makrona: "Avropa İttifaqını tərk et"

Trampdan Makrona: "Avropa İttifaqını tərk et"

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa İttifaqından çıxmağı təklif edib. SİA xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, Tramp Makrona Avropa İttifaqından çıxmaq müqabilində qarşılıqlı ticarət müqaviləsi vəd edib.

Ağ Ev rəhbəri Fransa prezidentini əmin edib ki, əgər rəsmi Paris Avropa Birliyini tərk edərsə, Avropa İttifaqı ilə aparılan ticarət müqaviləsindən daha yaxşı müqavilələr imzalanacaq.

Birləşmiş Ştatlar məsələ ilə bağlı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə