ABŞ-ın Merilənd ştatının mərkəzi Annapolis şəhərində yerləşən “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Annapolis şəhərinin polisinin nümayəndəsi bildirib.
Qeyd edilib ki, insident nəticəsində bir nəfər şəxs şübhəli qismində saxlanılıb. Polis redaksiya binasını təxliyə edib, orada axtarışlar aparıb.
Hadisənin təfərrüatları hələlik məlum deyil, faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB