Şimali Koreya: “Özümüzü qorumaq üçün yenə atəş açarıq”

Şimali Koreya: “Özümüzü qorumaq üçün yenə atəş açarıq”

Şimali Koreya Koreya yarımadasında baş verən qarşıdurmaya görə, Cənubi Koreyanın məsuliyyət daşıdığını bildirib. SİA-nın Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Şimali Koreya hökumətinin yazılı açıqlamasında Cənubi Koreya hərbi qüvvələrinin iki ölkə arasında danışıqların davam etdiyi bir vaxtda Şimali Koreyaya çox yaxın bir adadan atəş açıldığı ifadə olunub. Şimali Koreyanın yarımada sülh və sabitliyin qorunmasına böyük əhəmiyyət verdiyi qeyd olunan açıqlamada diqqətə çatdırılıb ki, Şimali Koreyanın topçu batareyaları ölkəni müdafiə etmək üçün yenə də atəş açmağa hazırdırlar.

 

Şimali Koreya hökuməti iki Koreya arasında gərginliyin artmasında ABŞ-ın da məsuliyyət daşıdığını bildirib. Şimali Koreya rəsmi xəbər agentliyi "KCNA"-ya ölkənin yüksək səviyyəli səlahiyyətlilərindən biri isə Çin və Koreya yarımadasını ayıran Sarı dənizin "bir barıt çəlləyi" olduğunu vurğulayıb. O, "ABŞ məsuliyyət daşıyır, çünki iki Koreya arasındakı 1950-53-cü illər müharibəsi sona çatanda iki Koreyanı ayıran sərhəd xəttini tək tərəfli olaraq çəkən ABŞ-ın özüdür" deyib.

 

Çin xarici işlər naziri Yanq Yieçi isə Cənubi Koreyaya bu həftə sonu planlaşdırılan səfərini təxirə salıb. Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfərin Yanqın iş proqramı ilə əlaqədar təxirə salındığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə