Meksika hərbi hava qüvvələrinin təyyarəsi qəzaya uğrayıb

Meksika hərbi hava qüvvələrinin təyyarəsi qəzaya uğrayıb

Meksikada hərbi təyyarə qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 hərbçi ölüb.

 

Paytaxt Mexiko şəhərinin federal hökumət səlahiyyətliləri verdikləri açıqlamasında təyyarənin "Antonov" tipli olduqlarını və ölkənin şimal-şərqindəki Monterrey şəhərinin "Mariano Eskobedo" hava lımanının yaxınlığına düşdüyünü bildiriblər, Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə