ŞOK QƏRAR: Saakaşviliyə 6 il həbs cəzası verildi!

ŞOK QƏRAR: Saakaşviliyə 6 il həbs cəzası verildi!

Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsində günahkar bilib. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal”ı məlumat yayıb. Televiziya məhkəmənin Saakaşvilini 6 il qiyabi həbs cəzasına məhkum etdiyini bildirib.

Qeyd edək ki, Gürcüstan mətbuatının iddiasına görə, Gelaşvili Saakaşvilini təhqir etdiyi üçün döyülüb. Saakaşvili bu iş üçün o zamanın daxili işlər naziri Vano Merabişviliyə tapşırıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə